Xidmət sektorunda etimad qazanmaq, xüsusilə də yüksək rəqabətlilik dövründə müştərinin məmnuniyyətini qorumaq çox önəmli məsələdir. Lakin bəzi hallarda qiymət şəffaflığı və xidmət keyfiyyəti ilə bağlı problemlərin hələ də qaldığını görürük.
Redaksiyamıza daxil olan müştəri şikayətinə görə, tanınmış restoranlar şəbəkəsi olan “Qoç Ət”in Nərimanov filialında qiymətlə bağlı narazılıq yaranıb. Belə ki, menyudan 5 manat 50 qəpiyə sifariş etdiyi lahmacun qəbzdə 8 manat 20 qəpiyə hesablanıb. Üstəlik məhsulun keyfiyyəti də ürəkaçan olmayıb.
Müştəri bildirir ki, lahmacunun xəmiri normadan qalın olub və gözlənilən standartlara cavab verməyib.
“Operativ.info” xəbər verir ki, məsələ ilə bağlı “Qoç Ət” restoranı ilə əlaqə saxlanılıb. Menecer Ərşad İbrahimov Bizim.Media-ya açıqlamasında ilk cəhddə müştərini günahlandırmağa çalışıb. Müştəriyə əvvəlcədən məhsulun “böyük ölçülü” variantının təklif edildiyini deyərək məsuliyyətdən yayınsa da, sonradan məsələni “texniki səhv” adlandıraraq menyuda düzəliş ediləcəyini bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanununa əsasən, menyuda göstərilməyən və ya açıq şəkildə qeyd olunmayan əlavə xidmət və ya dəyişikliklərə görə istehlakçıdan əlavə ödəniş tələb edilə bilməz.
Yəni qiymət menyuda necə göstərilibsə, müştəri də həmin qiymət əsasında seçim edir və ödəniş etməlidir. Qanuna görə (maddə 13) istehlakçının düzgün məlumat almaq hüququ var və (maddə 21) istehlakçının aldadılması qadağandır.![]()
Doktoranturaya qəbul ətrafında yeni mübahisə: Namizədlər Konstitusiyaya uyğunluğun araşdırılmasını tələb edirlər
Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
DİM sədri Məleykə Abbaszadə namizədlərin harayına cavab verəcəkmi ?- Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?

Cəmil Kamilli məhbuslara niyə qənim kəsilib ?- Həbs olunan vəzifəli şəxslərə ’’SENTRAL’’da hansı şərait yaradılıb ?