"Qarabağ" "Sabah"a qarşı
İdman
18-04-2026, 09:00

"Qarabağ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 28-ci turun növbəti matçları bu gün keçiriləcək.

"Operativ.info" xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

İlk olaraq "Şamaxı" səfərdə "Karvan-Yevlax"la üz-üzə gələcək. Yevlax şəhər stadionundakı qarşılaşma saat 15:30-da start götürəcək.

Günün ikinci matçında çempionluğa iddialı komandalar, "Qarabağ" və "Sabah" münasibətlərə aydınlıq gətirəcəklər.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək turun mərkəzi görüşü saat 19:30-da başlayacaq.

Media
Son xəbərlər