Cəmil Kamilli  məhbuslara niyə qənim kəsilib ?- Həbs olunan vəzifəli şəxslərə ’’SENTRAL’’da hansı şərait yaradılıb ?
Cəmiyyət
Dünən, 13:06

Cəmil Kamilli  məhbuslara niyə qənim kəsilib ?- Həbs olunan vəzifəli şəxslərə ’’SENTRAL’’da hansı şərait yaradılıb ?

Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi Cəmil Kamilli işinin öhtəsindən gələ bilmir.

Bu sözü demək üçün kifayət qədər əsaslı və tutarlı səbəblər var.

Birinci səbəb odur ki,bu adam vəzifəyə təyin olunandan bir yaralı barmağa məlhəm olmayıb.

Keçirtdiyi vətəndaş qəbullarında ancaq vətəndaşları yola verir və daha sonra isə vətəndaşların şikayətləri olan məktublara heç reaksiya belə vermir.

Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə,gecə saat 3 tamamdan rayondan gələn və tibb baş idarə ilə üzbəüz yerləşən yasamal parkında gecələyən yaşlı ananı Cəmil Kamilli günorta saat 5-ə qədər idarəsində gözlədib.Əslində isə,qəbul səhər saat 10:00 da olmalı imiş.

Qəbula gələn 6-7 nəfər vətəndaşları yola verir və adını da qoyurlar ki,qəbul keçirtdik.

Qəbulu yola verdiyi üçün Cəmil Kamilli özündən yeni qaydalar icad edib.Belə ki,son 1-2 ay ərzində qəbulda olanlar yenidən Cəmil Kamillinin qəbuluna girə bilmir.Qoyduğu qayda belədir.

Bilirsiniz niyə ?

Çünki hər həftə eyni vətəndaşlar gəlir.Problemləri həllini tapmayan məhbus ailələri yenidən gəldiyindən Cəmil Kamilli çarəni belə etməkdə görür.

Görünür 1987 təvəllüdlü,kresloya güclə sığışan bu gənc oğlan daşıdığı vəzifənin mahiyyətini tam başa düşə bilməyib.

Ədliyyə Nazirliyinin tibb baş idarəsinin rəisi Cəmil Kamilli !

Tutduğunuz vəzifənin adı,sambalı,çəkisi bilirsiniz nə qədərdir ?

General postunda oturursunuz.

Ədliyyə Naziri cənab Fərid Əhmədov sizi o posta layiq görüb və vəzifənizi layiqincə yerinə yetirməyi tapşırıb.

Amma siz nece edirsiniz ?

Vətəndaşları ələ salırsınız.

Xəstəliyi olan müharibə veteranlarını,dövlətə,dövlətçiliyə xidməti olan şəxslərin müalicə olunmağına süni maneələr yaradırsınız.Qarşısını alırsınız.Müharibə veteranı olan məhbuslara xüsusi qəzəbiniz varmı ? Bəlkə bu qəzəbin başqa səbəbi var ?

Bax burası uje dəhşətdir.

İcra başçılarında,binatikənlərdə,generallarda,büdcədən milyonlarla vəsait taladığına görə həbsdə olan oliqarxlardan nələri əskikdir ?

Konkret olaraq deyirəm ki,həbs olunan icra başçıları,generallar,polkovniklər,imkanı yaxşı olan şəxslər “SENTRAL” adlandırılan Müalicə Müəssisəsində qalır.Özüdə heç bir xəstəliyi olmadan.

Bax bunun özü böyük cinayətdir.

Növbəti saylarımızda həmin icra başçılarını,vəzifəli və imkanlı şəxslərin adlarını adbaad yazacıyıq ki,bütün məsələlər tam aydın olsun./azfakt.info

Media
Son xəbərlər