Fidan və Lavrov fəaliyyət planını imzaladılar
Dünya
18-04-2026, 14:33

Fidan və Lavrov fəaliyyət planını imzaladılar

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.

"Operativ.info" xəbər verir ki, onlar Türkiyədə V Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər.

Nazirlər ikitərəfli münasibətləri, regional və qlobal hadisələri müzakirə ediblər.

Görüşdən sonra “Türkiyə Respublikası Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi arasında 2026–2027-ci illər üçün Məsləhətləşmə Fəaliyyət Planı” imzalanıb.

Media
Son xəbərlər