Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi muxtar respublikanın ekoloji təhlükəsizliyinin təmin edilməsi və təbii sərvətlərin qorunması məqsədilə genişmiqyaslı texniki təchizat layihəsinə başlayıb.
Operativ.info xəbər verir ki, Nazirlik "Nəqliyyat vasitələri və müxtəlif qurğular"ın satın alınması üçün ehtimal olunan qiyməti 2 299 741,50 AZN təşkil edən tender elan edib.
Satınalma planına əsasən, nazirliyin istifadəsinə 2025-ci il istehsalı olan, hər iki tərəfində və ön hissəsində ETSN-in loqosu əks olunacaq 3 ədəd minik avtomobili və çətin relyefli ərazilərdə hərəkət etmək üçün 2 ədəd 4x4 təkər formulu ilə təchiz edilmiş yük maşını alınacaq. Layihənin ən mühüm hissəsini isə 10 tonluq su tutumuna malik 8 ədəd xüsusi texniki su maşını təşkil edir. Bu maşınlar öndən su püskürtmə funksiyası və daxili dalğa qırıcılarla təchiz olunaraq meşə zolaqlarının suvarılması və yanğın təhlükəsizliyi tədbirləri üçün nəzərdə tutulub.
Bundan əlavə, nazirlik müxtəlif güclərə malik su nasosları, benzinlə işləyən su pompaları və 600 metr uzunluğunda xüsusi yanğınsöndürən şlanqlar əldə edərək muxtar respublikanın su təchizatı və yaşıllıqların qorunması infrastrukturunu əsaslı şəkildə gücləndirməyi hədəfləyir. Bütün texniki avadanlıqlar paslanmaz polad materiallardan hazırlanmış və müasir Avro-5 standartlarına uyğun gələn mühərriklərlə təchiz edilməlidir.
Doktoranturaya qəbul ətrafında yeni mübahisə: Namizədlər Konstitusiyaya uyğunluğun araşdırılmasını tələb edirlər
Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
DİM sədri Məleykə Abbaszadə namizədlərin harayına cavab verəcəkmi ?- Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?

Cəmil Kamilli məhbuslara niyə qənim kəsilib ?- Həbs olunan vəzifəli şəxslərə ’’SENTRAL’’da hansı şərait yaradılıb ?