AZERBAİJAN EXCLUSİVE – Lüks və Prestijin yeni ünvanı artıq xidmətinizdədir
Cəmiyyət
8-05-2026, 19:54

AZERBAİJAN EXCLUSİVE – Lüks və Prestijin yeni ünvanı artıq xidmətinizdədir

Azərbaycan bazarında lüks və exclusive məhsullara artan tələbat fonunda yeni bir marka – Azerbaijan Exclusive fəaliyyətə başlayıb. Brend yüksək zövqə, statusa və keyfiyyətə önəm verən müştərilər üçün xüsusi olaraq seçilmiş premium məhsullar təqdim edir.

Azerbaijan Exclusive tərkibində dünya miqyasında tanınan və prestij simvolu hesab olunan məhsulları bir araya gətirir. Bunlara Vertu telefonları, Exclusive Xor telefonlar və yüksək səviyyəli President Business Gift kateqoriyasına daxil olan hədiyyəlik məhsullar daxildir. Hər bir məhsul seçimi keyfiyyət, dizayn və fərqlilik prinsiplərinə əsaslanır.

Brendin əsas məqsədi Azərbaycanda lüks həyat tərzini daha əlçatan etmək və müştərilərə fərdi yanaşma ilə xidmət göstərməkdir. Azerbaijan Exclusive yalnız məhsul satışı ilə kifayətlənmir, eyni zamanda biznes dünyası üçün xüsusi hədiyyə həlləri, korporativ sifarişlər və fərdi seçim imkanları təqdim edir.

Şirkətin direktoru Məmmədov Ceyhun bildirib ki:

“Azerbaijan Exclusive olaraq məqsədimiz sadəcə satış deyil, müştərilərimizə fərqlilik hissini yaşatmaqdır. Biz hər bir məhsulu xüsusi seçir və təqdim etdiyimiz xidmətlə bazarda seçilməyi hədəfləyirik.”

Qeyd edək ki, Azerbaijan Exclusive mağazasının ünvanı Şərq Bazarı daxilində fəaliyyət göstərir və müştəriləri yerində yüksək səviyyəli xidmətlə qarşılayır.

Azerbaijan Exclusive – Statusun və Zövqün Ünvanı.

Media
Son xəbərlər