Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duranla görüşüb.
Operativ.info xəbər verir ki, bu barədə B.Duran "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Antalya Diplomatiya çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi, dəyərli qardaşım Hikmət Hacıyev ilə bir araya gəldik. Türkiyə ilə Azərbaycan arasındakı köklü qardaşlıq telləri ortaq tarix və güclü əməkdaşlıq anlayışı ilə hər sahədə güclənməyə davam edir", - deyə o yazıb.
B.Duran görüş zamanı kommunikasiya, media və ictimai diplomatiya sahələrində atıla biləcək ortaq addımlara diqqət yetirildiyini vurğulayıb:
"Dezinformasiya ilə mübarizə, doğru məlumatın effektiv şəkildə paylaşılması və strateji kommunikasiya sahəsində koordinasiyanın artırılması məsələlərində həmrəy olduğumuzu təsdiqlədik. Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın müəyyənləşdirdiyi baxış çərçivəsində dost və qardaş Azərbaycan ilə yaxın təmasda olaraq güclü əməkdaşlığımızı davam etdirəcəyik".
Hikmət Hacıyev öz "X" sosial şəbəkə hesabında B.Duranın paylaşımını dərc edərək "Faydalı və səmərəli görüşümüz üçün təşəkkür edirəm Qardaşım!!!" deyə yazıb.
Doktoranturaya qəbul ətrafında yeni mübahisə: Namizədlər Konstitusiyaya uyğunluğun araşdırılmasını tələb edirlər
Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
DİM sədri Məleykə Abbaszadə namizədlərin harayına cavab verəcəkmi ?- Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?

Cəmil Kamilli məhbuslara niyə qənim kəsilib ?- Həbs olunan vəzifəli şəxslərə ’’SENTRAL’’da hansı şərait yaradılıb ?