“DİM”dən böyük biyabırçılıq- DİM bu ilin oktyabr ayına olmayan qərarı çıxarıb
Cəmiyyət
Bu gün, 20:33

“DİM”dən böyük biyabırçılıq- DİM bu ilin oktyabr ayına olmayan qərarı çıxarıb

Dövlət İmtahan Mərkəzi öz rəsmi web-saytında çox kobud yalnışlığa yol verib.

Operativ.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi öz saytında Doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə imtahana, həmçinin əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat elan edib.

Bildirilib ki, İmtahanda iştirak etmək üçün qeydiyyat 2026-cı il iyunun 11-dən 14-dək elektron qaydada aparılacaq.

20 oktyabr 2026-cı ildən sonrakı tarixlər üzrə qüvvədə olan müvafiq xarici dil sertifikatına malik namizədlər xarici dil imtahanından azad olunur və ərizənin təsdiqi zamanı heç bir ödəniş etmirlər. Digər namizədlər ərizələrini təsdiq edərkən onların şəxsi kabinetinin pul hesabından tələb olunan məbləğ (110 manat) silinir.

20 oktyabr 2026-cı ildən sonrakı tarixlər üzrə qüvvədə olan və CEFR-in B2 və ya daha yüksək səviyyəsinə müvafiq beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, Cambridge English Qualifications, TestDaF, DELF, DALF, STANAG) malik olanlar sertifikatın hər iki üzünün surətini “JPG” faylda (hər faylın ölçüsü 300 kb-dan çox olmamaqla) qeydiyyat səhifəsində yükləməlidirlər. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir. Təqdim edilmiş sertifikatların həqiqiliyi və qüvvədə olması yoxlanıldıqdan sonra namizədlərə məlumat verilir, sonra isə namizəd öz ərizəsini təsdiq edir və xarici dil üzrə qəbul imtahanından azad olunurlar.

Bu mövzu ilə bağlı araşdırma etdikdə,mövzu ilə bağlı heç bir Nazirlər Kabinetinin qərarına,heç bir nizamnaməyə və heç bir əsasnaməyə rast gəlmədik.

Burada sual olunur:

Çox hörmətli DİM sədri Məleykə xanım!

Bugünün tarixi 11 iyun 2026-dır.

Necə olur ki,DİM 20 oktyabr 2026 tarixinə keçmiş tarix kimi istinad edir ?

Bu kimi hallara DİM-də tez-tez rast gəlinir.

Bəlkə də,artıq bəzi yeniliklərin olmağının vaxtıdır.Təhsil millətimizin gələcəyidir və gələcəyimiz üçün yetişən tələbələri də belə kobud yalnışlıqlara yol verən Dövlət İmtahan Mərkəzi seçir.

Ümid edirik məsələ ilə bağlı lazımi tədbirlər görüləcək.

Media
Son xəbərlər