Manşet - Operativ.Info – Operativ Xəbərlər

Prezident onu nazirin birinci müavini təyin etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Ağakərim Ağasəməd oğlu Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub.

Bu barədə ETSN-nin Mətbuat xidmətindən məlumat verilib.

Ağakərim Səmədzadə bu gün nazirliyin kollektivinə təqdim edilib.

O, bu təyinata qədər ədliyyə və iqtisadiyyat sahələrində fəaliyyət göstərib.

Slovakiya nümayəndə heyəti Ulu Öndərin məzarını ziyarət etdi - Foto
Azərbaycanda səfərdə olan Slovakiya Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib.

“Operativ.info” AZƏRTAC-a istinadən xəbər verir ki, nümayəndə heyəti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər güllər düzüb.

Xatırladaq ki, Rixard Raşi ötən axşam ölkəmizə rəsmi səfərə gəlib. Azərbaycan Prezidenti İlham Əliyev bu gün Slovakiya Milli Şurasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident Rixard Raşini qəbul etdi - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Operativ.info" xəbər verir ki, Prezident İlham Əliyev ötən il Slovakiyaya rəsmi səfəri çərçivəsində keçirdiyi görüşləri, o cümlədən Rixard Raşi ilə görüşünü məmnunluqla xatırladı.

Müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişafını vurğulayan dövlətimizin başçısı qarşılıqlı hörmətə, dostluğa və tərəfdaşlığa əsaslanan ikitərəfli əlaqələrimizin genişlənməsində parlamentlərimiz arasındakı münasibətlərin roluna toxundu.

Prezident İlham Əliyev Rixard Raşinin böyük nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlməsinin önəmini qeyd edərək, bildirdi ki, bu, tərəfdaşlığımızın daha bir göstəricisidir.

Qəbula görə nümayəndə heyəti adından minnətdarlığını ifadə edən qonaq dövlətimizin başçısı ilə görüşdən şərəf hissi keçirdiklərini dedi.

Rixard Raşi Azərbaycan Prezidentinə Slovakiyaya ilk rəsmi səfər etdiyinə görə minnətdarlığını bildirdi.

Dəfələrlə ölkəmizə səfər etdiyini məmnunluqla xatırlayan qonaq 2022-ci ildə Azərbaycana səfəri çərçivəsində Şuşada olduğunu dedi. O bildirdi ki, bu səfəri əsnasında da Qarabağa gedəcək, orada aparılan bərpa-quruculuq işləri, həmçinin Xankəndidə Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olacaq.

Rixard Raşi Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik etdi.

Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev sülhün gücləndirilməsi üçün ölkəmiz tərəfindən görülən tədbirlərdən danışdı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da daxil olmaqla ölkələrimiz arasında ticarət münasibətlərinin yaradıldığını dedi.

Söhbət zamanı Azərbaycanla Slovakiya arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulduğu vurğulanaraq, siyasi əlaqələrimizin yüksək səviyyədə olduğu qeyd edildi.

Slovakiya şirkətlərinin Ağdamın Baş Qərvənd kəndinin yenidən qurulmasında iştirakına toxunularaq, bunun Azərbaycan-Slovakiya dostluğunun göstəricisi olduğu vurğulandı.

Görüşdə beynəlxalq parlamentlərarası təsisatlar çərçivəsində əməkdaşlıq müzakirə olundu, iqtisadi-ticari, enerji, müdafiə sənayesi, təhsil, humanitar, müasir texnologiyalar, mədəniyyət, idman, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Tezliklə Bakı ilə Bratislava arasında birbaşa uçuşların həyata keçiriləcəyi bildirilərək, bunun turizm və insanlararası təmasların genişlənməsinə töhfə verəcəyi qeyd olundu.

Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
Azəriqaz-dan son dövrlərdə saysız-hesabsız şikayətlər eşidirik.Yeni il günü yaşanan problemlər insanların bayram günü çörəyinin zəhər olması yəqin ki,hamının yadındadır.İnsanlar 5 gün hətta 1 həftə qazsız qaldı.Kiminin evində xəstəsi vardı,kiminində evində körpə balası.

Amma Azəriqazın vəzifəli şəxsləri bunu necə başa düşsünlər ?

Operativ.info xəbər verir ki,Metroda bir neçə gün öncə baş vermiş problemə görə,metropolitenin rəisi Vüsal Aslanov dünən xalqdan üzr istədi,çox peşman olduğunu etiraf etdi.

Amma 5 gün 1 həftə insanları qazsız qoyan Azər Məmmədov bunu özünə sığışdırmadı.Niyə axı,Azər Məmmədov!

Cənab Prezident hər zaman çıxışlarında bildirir ki,məmurlar xalqın xidmətçisidirlər.

Bu söz sizə şamil edilmir,Azər Məmmədov ?

Niyə heç kimi saymırsınız ?

Bilirsiniz bu sualları sizə niyə verirəm ?

Çünki yerlərdə təyin etdiyiniz rəis heyəti də,heç kimi saymır.

Sumqayıt Regional Qaz İstismar İdarəsinin rəisi təyin etdiyiniz Sübhi Bayramov və onun işçiləri Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə özlərini Sumqayıtın Allahı kimi aparırlar.

Eyni ilə də,Abşeron rayon qaz istismar idarəsinin rəisi Pərviz və sahə rəisi Məqatil də özlərini Abşeronun ALLAHI zənn edir.

İnsanların qazlarını kəsirlər,sayğaclarını söküb aparırlar.

Görəsən,Abşeron rayon qaz idarəsinin rəisi Pərviz vətəndaşın,müharibə veteranının qazını kəsib,insanları qazsız qoyub evində necə rahat yata bilir ?

Görəsən etdiyi əməldən heç utanırmı ?

Bax əsas da,adlarını sadaladığım Sübhi Bayramov,Hafiz Yunuslu,Bəxtiyar Hidayətzadə,Pərviz və Məqatil "Azəriqaz" İB-nin baş direktoru Azər Məmmədova qarşı vətəndaşlarda mənfi fikir oyadıblar.Bəlkə də,siz və sisteminiz pis işləmirsiz.

Kiçik bir nüyansı nəzərə çatdırım.

Yeni il ərəfəsində baş verən problemdə əsas etiraz Sumqayıt və Abşeron ərazilərində yaranmışdı.Hətta Sumqayıtda insanlar yolu belə kəsmişdilər.Çünki Sübhi Bayramov və Hafiz Yunuslu vətəndaşların canını o qədər boğazına yığmışdı ki,vətəndaşlar elə bir himə bənd idilər.Bu indidə belədir.Sübhi Bayramov,Hafiz Yunuslu,Pərviz hələ də vətəndaşları narazı salmağa davam edir,Bəxtiyar Hidayətzadə və Məqatildə vətəndaşa və əraziyə ’’alver’’ gözü ilə yanaşır.Bu sözü də,əbəs yerə demədim.Bəxtiyar Hidayətzadənin sayğac problemi olan vətəndaşlarla otağındakı danışığı bunu yazmağa əsas verir ki,o isti kabinetində oturub ’’alverini’’ edir.Bu barədə yazmaq bu yazıya sığmayacağından onu növbəti yazımıza saxlayırıq.

Keçən yazımızda izləyicilərimizə anonsunu verdiyimiz Sübhi Bayramovun və Neftayırma Zavodunu sabiq direktorunun oğlu olan Hafiz Yunuslunun geniş imkanlara malik olması və Sübhi Bayramovun Qarabağ Veteranına məxsus qaz sayğacını hansısa məmurun obyektinə aparmağı ilə bağlı araşdırmamızı da oxucularımızı yormamaq üçün növbəti saylarımıza saxladıq.

Sonda onu qeyd edək ki,Sübhi Bayramov,Hafiz Yunuslu,Bəxtiyar Hidayətzadə,Pərviz və Məqatil işlərinin öhtəsindən gələ bilmir.

Çox hörmətli,Azər Məmmədov!

Adlarını sadaladığımız məmurları daha yaxşı yetişmiş kadrlarla əvəzləyib məmur kimi xalqın rəğbətini qazana bilərsiniz.

Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb - FOTO
Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 81 il ötür.

Operativ.info AZƏRTAC-a istinadən xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət ediblər.

Dövlətimizin başçısı və birinci xanım Həzi Aslanovun abidəsinin önünə gül dəstələri qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsinə ehtiramlarını bildiriblər.

İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO
Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü günüdür.

Operativ.info AZƏRTAC-a istinadən xəbər verir ki, bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, ulu öndərin xatirəsini ehtiramla yad edib.

Sonra birinci xanım Mehriban Əliyeva ümummilli liderin xatirəsini dərin hörmətlə anıb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Dövlətimizin başçısı və birinci xanım ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramlarını ifadə edərək məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.

Prezident Roma Papasını təbrik etdi
Prezident İlham Əliyev Roma Papası XIV Leoya təbrik məktubu ünvanlayıb.

“Operativ.info” xəbər verir ki, məktubda deyilir:

“Zati-müqəddəsləri,

Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında qarşılıqlı hörmət və anlaşmaya əsaslanan əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsi və gündən-günə yeni məzmun qazanması məmnunluq doğurur. Bu əlaqələr dünyada dinlərarası harmoniya və mədəni müxtəlifliyin təşviqinə, sivilizasiyalar arasında qarşılıqlı etimad mühitinin yaradılması kimi xoşməramlı niyyətlərə xidmət edir.

Dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur, bütün konfessiyalar üçün bərabər şərait yaradılır. Fəxr edirik ki, Azərbaycan müxtəlif din və etiqadlara mənsub insanların mehribanlıq və qarşılıqlı anlaşma şəraitində yaşadığı məkandır. Bakı şəhərində yeni katolik kilsəsinin təməlinin qoyulması ölkəmizdə dinlərarası harmoniyanın, multikulturalizm və tolerantlıq ənənələrinin növbəti əyani nümunəsidir.

Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında illərdən bəri təşəkkül tapmış səmərəli əməkdaşlığı xüsusi qeyd etmək istərdim. Fondun dəstəyi ilə Vatikanda aparılan bərpa işləri mədəniyyətlərarası dialoqa, dini və mədəni irsin qorunub saxlanmasına töhfə verməklə yanaşı Azərbaycanın ümumbəşəri dəyərlərə sadiqliyinin göstəricisidir.

Zati-müqəddəsləri,

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında səmimi dialoqun və əməkdaşlığın inkişafına Sizin töhfənizi yüksək qiymətləndirirəm. Əminəm ki, ikitərəfli əlaqələrimiz ümumbəşəri dəyərlərin təbliği və sivilizasiyalararası anlaşmanın təşviqi naminə bundan sonra da möhkəmlənəcək və daha da dərinləşəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, ali və müqəddəs missiyanızda daim uğurlar diləyirəm”.

Azərbaycanda bu şəxslərə 2750 manat yardım veriləcək - SƏRƏNCAM
Prezident İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb.

"Operativ.info" xəbər verir ki, Sərəncama əsasən, 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2750 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1500 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Bunun üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılacaq.

Bununla bağlı Nazirlər Kabinetinə, Maliyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə müvafiq tapşırıqlar verilib.

"Ağ Şəhər mənə çox böyük təəssürat bağışladı" - Latviya Prezidenti
Ağ Şəhəri ziyarət etdim. Bu, mənə çox böyük təəssürat bağışladı.

"Operativ.info" xəbər verir ki, bunu Latviya Prezidenti Edqars Rinkeviçs aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışında deyib.

“Bu ideya hələ 2011-2012-ci illərdə hazırlanıb və Siz əvvəlcə çirklənmiş əraziləri təmizləməyə müvəffəq oldunuz, sonra isə memarlıq möcüzəsini yaradaraq, XX əsrə uyğun müasir şəhəri yaratdınız. Bu, Azərbaycanın potensialını göstərir”, - deyə Latviya Prezidenti bildirib.

"Bu göstərici üzrə biz dünyada birinci yerdəyik" - İlham Əliyev
Təbii qaza hər zaman ehtiyac olub, son bir neçə ildə ehtiyac artmışdı, son bir neçə ayda isə daha da artmış oldu. Planımız istehsalı və mütləq şəkildə ixracı artırmaqdır. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır. Ölkələrin ümumi sayı 16-dır və bu göstərici üzrə biz dünyada birinci yerdəyik.

"Operativ.info" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı deyib.

“Biz ən böyük hasilatçı və ixracatçı deyilik, bizdən daha böyük oyunçular var. Lakin boru kəmərləri vasitəsilə qaz ixrac edən ölkələr arasında təchizat coğrafiyasına görə biz birinciyik”, - deyə Azərbaycan Prezidenti əlavə edib.