Kriminal - Operativ.Info – Operativ Xəbərlər

150 milyonluq qaçaqmalçılıq - ABŞ iranlı iş qadınını həbs etdi
ABŞ 44 yaşlı iranlı iş qadını Şamim Mafini İranın xeyrinə silah qaçaqmalçılığında ittiham edir.

“Operativ.info” “The Sun” qəzetinə istinadən xəbər verir ki, o, Los-Anceles Beynəlxalq Hava Limanında həbs edilib.

Şamim Mafi İran istehsalı pilotsuz uçuş aparatlarının, bombaların, detonatorların və milyonlarla güllənin Sudana satışına vasitəçilik etməkdə ittiham olunur.

İddialara əsasən, o, lüks həyat tərzi sürür və sosial mediada müxtəlif ölkələrdə çəkilmiş fotolarını paylaşırdı. Bu fotolardan birində təxminən 100 min dollar dəyərində Mercedes-Benz avtomobilində görüntülənib.

Günahı sübuta yetirilərsə, onu 20 ilədək həbs cəzası gözləyir.

İran əsilli iş qadını 2013-cü ildə ölkəni tərk edib, 2016-cı ildə isə ABŞ-də daimi yaşayış icazəsi alıb.

Məhkəmə sənədlərinə görə, o, 2025-ci ilə qədər Omanda qeydiyyatdan keçmiş “Atlas International Business” şirkəti vasitəsilə silah müqavilələrinə vasitəçilik edib.

İddialar arasında İran Müdafiə Nazirliyi tərəfindən istehsal edilən və dəyəri 70 milyon dollardan çox olan Mohajer-6 PUA tipli silahlı pilotsuz aparatların satışı da var.

Bu dronların və 55 min bomba detonatorunun üç ildir vətəndaş müharibəsi davam edən Sudanın Müdafiə Nazirliyinə göndərildiyi bildirilir.

Telefon qeydlərinə görə, Mafi 2022-ci ilin dekabrından 2025-ci ilin iyununa qədər Tehranın kəşfiyyat strukturları ilə birbaşa əlaqədə olub.

Eyni zamanda, o, müstəntiqlərə verdiyi ifadədə İran rejimi adından ABŞ-də fəaliyyət göstərmədiyini deyib.

Araşdırma zamanı məlum olub ki, Tehranda atasından qalan əmlakına əl qoyulub və həmin əmlakı geri almaq üçün onu bu tip razılaşmalara məcbur ediblər.

Prokurorlar İranın bu əməliyyat üçün maliyyə təminatı təklif etdiyini iddia edir.

Şamim Mafi bildirib ki, o, ABŞ-də deyil, Tehranda fəaliyyət göstərən şəxslər üçün daha “faydalı” olub.

İstanbul reysi ilə uçmağa hazırlaşan qadın saxlanılıb.

Sudanda davam edən vətəndaş müharibəsi fonunda İran dəfələrlə BMT-nin silah embarqosunu pozmaqda ittiham olunub.

Məqalədə o da yazılıb ki, Sudana göndərilən silahlar Sudan Silahlı Qüvvələrinin 2024-cü ildə paytaxt Xartumu ələ keçirməsində mühüm rol oynayıb./yenisabah

Bakıda şagird sinif yoldaşını yandırdı
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb.

Aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sinif yoldaşına xəsarət yetirib.

Bu barədə BŞTİ-indən məlumat verilib.

Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib, müayinə və müalicə üçün səhiyyə müəssisəsinə aparılıb.

"Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır. Məktəb psixoloqu tərəfindən şagirdlərlə zəruri dəstəkləyici tədbirlər həyata keçirilir", məlumatda qeyd olunub.

Qeyd edilib ki, ictimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib kİ, bu gün saat 10:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 286 nömrəli məktəbdən çağırış qeydə alınıb.

Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

"2011-ci il təvəllüdlü yeniyetmə (kişi) yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub. Ona başın, üzün, boynun, gövdənin ön-yan səthlərinin hər iki yuxarı ətraflarının II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin olunub. Hazırda pasyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir", məlumatda qeyd olunub.

"Ege Hospital"da yeni doğulan körpə öldü
Şamaxı rayonunun Mərzəndiyə kənd sakini 1995-ci il təvəllüdlü Leyla Mikayılovanın dünyaya gətirdiyi uşağın beyninə qansızması nəticəsində o, aprelin 16-sı Bakı şəhərində yerləşən xəstəxanda ölüb.

"Operativ.info" xəbər verir ki, hadisə paytaxtda yerləşən "Ege Hospital"da baş verib.

Faktla bağlı araşdırma aparılır.

14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
"Atlant" istirahət mərkəzinin sahibi Tahir Qədəşovun adının çəkildiyi səs-küylü cinayət işi üzrə məhkəmə prosesi getdikcə daha qalmaqallı mərhələyə keçir. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda diqqət mərkəzində bu dəfə zərərçəkənlərin və şahidlərin ard-arda səsləndirdiyi ittihamlar olub.

Operativ.info Musavat.com-a istinadən xəbər verir ki, hakim qarşısına çıxarılan əsas təqsirləndirilən şəxs - Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev 171 vətəndaşa qarşı 14 milyon manatdan artıq dələduzluqda ittiham olunur. Lakin məhkəmədə səslənən ifadələr bu işin təkcə bir nəfərin üzərinə yüklənə bilməyəcəyini açıq şəkildə ortaya qoyur.

Son iclasda ifadə verən zərərçəkənlər və şahidlər israrla bildiriblər ki, onlardan "Təbriz" MTK vasitəsilə alınan vəsaitlər heç də iddia olunduğu kimi tikinti layihələrinə deyil, məhz "Atlant" Ailəvi İstirahət Mərkəzinin genişləndirilməsi və abadlaşdırılmasına yönəldilib.

Onların sözlərinə görə, mənzil almaq ümidi ilə ödədikləri vəsaitlər sonradan müxtəlif bəhanələrlə ələ keçirilib, nəticədə isə ortada nə mənzil olub, nə də pul. Əvəzində isə həmin pulların "Atlant" layihəsində istifadə edildiyi barədə məlumatlar getdikcə daha çox təsdiqini tapır.

Zərərçəkənlər məhkəmədə açıq şəkildə bildiriblər ki, bu prosesdə yalnız Nofəl Hacıyev deyil, onun şəriki və qayınatası Tahir Qədəşovun da birbaşa rolu olub. Onların sözlərinə görə, "Atlant" layihəsinin arxasında duran əsas qərarverici şəxs məhz Tahir Qədəşov olub və vəsaitlərin yönləndirilməsi onun göstərişi ilə həyata keçirilib.

"171 nəfərin pulu ilə tikilən obyekt…"

Məhkəmə zalında səslənən ən ağır ittihamlardan biri də məhz bu olub: zərərçəkənlər bildiriblər ki, "Atlant" İstirahət Mərkəzi faktiki olaraq 171 vətəndaşın pulu hesabına tikilib və genişləndirilib.

Onlar qeyd ediblər ki, istintaq zamanı artıq bu vəsaitlərin "Atlant"a yönəldildiyi təsdiqlənib. Bu səbəbdən də zərərçəkənlər yalnız Nofəl Hacıyevin deyil, Tahir Qədəşovun da cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirlər.

Zərərçəkənlər məhkəməyə müraciət edərək Tahir Qədəşovun prosesə cəlb olunmasını, ifadə vermək üçün məhkəməyə gətirilməsini və barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb ediblər. Onlar hesab edirlər ki, şəriklərdən birinin həbsdə, digərinin isə azadlıqda qalması hüquqi ədalət prinsipinə ziddir.

Bununla yanaşı, zərərçəkənlər "Atlant" Ailəvi İstirahət Mərkəzinin üzərinə qoyulmuş həbsin qüvvədə saxlanılmasını və obyektin hərraca çıxarılaraq əldə olunan vəsait hesabına dəymiş ziyanın ödənilməsini istəyiblər. Nofəl Hacıyev isə məhkəmədə verdiyi ifadəsində vətəndaşlardan topladığı 14 milyon manatdan artıq vəsaiti "Atlant" İstirahət Mərkəzinin təmir-tikinti işlərinə yönəltdiyini bir daha təsdiqləyib. O bu addımı qayınatası Tahir Qədəşovla birgə layihə çərçivəsində atdığını bildirib.

Bu isə istintaqın əvvəlki mərhələsində cavabsız qalan əsas suallardan birinə - "itən milyonlar haradadır?" sualına qismən də olsa cavab verir. Lakin ortaya yeni və daha ciddi sual çıxır: əgər vəsaitlərin istiqaməti məlumdursa, niyə bu işdə adı keçən bütün şəxslər eyni hüquqi status daşımırlar?

Qalmaqallı iş üzrə növbəti məhkəmə prosesi aprelin 21-nə təyin olunub.