• 01.02.2023 19:42

Vətən müharibəsi şəhidi Xəyal Məmmədovun xatirəsi anılıb

Okt 17, 2022

Cəbrayıl rayon 5 nömrəli tam orta məktəbin məzunu, Vətən müharibəsi şəhidi Xəyal Məmmədovun xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

Operativ.info xəbər verir ki, tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər şəhid adının müqəddəsliyi, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıblar.

Sonra Cəbrayıl rayon 5 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda bədii kompozisiya nümayiş etdirilib.