• 07.12.2022 03:21

Ağdamda 3 şəhidimizin məzarı tapıldı

May 11, 2022

Ağdam rayonunun Şıxbabalı kəndində üç şəhidimizin məzarı tapılıb.

Bu barədə kənd sakini, Qarabağ qazisi Rey Kərimoğlu məlumat verib.

Qarabağ qazisi bildirib ki, kəndin qəbiristanlığı işğal dövründə dağıdılıb:

“Bu gün Ağdam rayonunun Şıxbabalı kənd qəbiristanlığında dəfn edilmiş üç şəhidimizin yeri müəyyənləşdirilib və üzərində, şəkildə göründüyü kimi, belə bir işarələr qoyulub. Şəhidlərimiz Müşfiq Rəhimov, Mübariz Əliyev və Habil Əliyevdir. Ruhları şad olsun!

Hər üçü 1992-ci illərdə Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olublar və kənd qəbiristanlığında dəfn olunublar”.

Rey Kərimoğlu qeyd edib ki, Şıxbabalı kəndinin 11 şəhidi və xeyli sayda qazisi var:

“Kənd Ağdamın işğalından 7-10 gün əvvəl, 1993-cü ilin iyul ayında işğal edilib. 2022-ci ilin noyabr ayında – 44 günlük müharibə nəticəsində Ağdam rayonu düşməndan azad olunanda, Şıxbabalı kəndi də azad edilib”.