• 03.07.2022 10:22

Hər bir ölkə sakini orta hesabla 210,4 manatlıq müxtəlif ödənişli xidmətlərdən yararlanıb

Apr 17, 2022

Cari ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,2 faiz artaraq 2 milyard 112,3 milyon manat olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 584,2 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75 faizini təşkil edib. Cari ilin yanvar-mart aylarında hər bir ölkə sakini orta hesabla 210,4 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 27,6 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.