• 27.11.2022 20:02

Zaqatalada zəlzələ olub

Apr 15, 2022

Bu gün yerli vaxtla 17:02-də Zaqatalada zəlzələ baş verib.

Seysmoloji Xidmət Mərkəzindən Online.info-ya verilən xəbərə görə, zəlzələ Zaqatala stansiyasından 10 km cənub-şərqdə qeydə alınıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar episentrdə 4, yaxın yaşayıs məntəqlərində 3 bala qədər hiss olunub. Zəlzələnin maqnitudası 3.9, dərinliyi 23 km olub.