• 07.12.2022 04:53

Azərbaycan ilə Rusiya arasında münasibətlərin inkişafı məsələləri müzakirə edilib

Apr 15, 2022

prelin 15-də Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu ilə görüşüb.

RF XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin inkişafı məsələləri, ilk növbədə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası haqqında müttəfiqlik qarşılıqlı fəaliyyəti barədə 2022-ci il 22 fevral tarixli Bəyannamənin müddəalarının həyata keçirilməsi kontekstində müzakirə edilib.

2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli razılaşmaların praktiki olaraq həyata keçirilməsi ilə bağlı regional problemlərin bəzi aspektlərinə də toxunulub.