• 03.07.2022 09:28

Auditorlar Palatası Şurasının iclası keçirilib

Apr 15, 2022

Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.

Palatadan bildirilib ki, Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi iclasda auditin aktual problemlərinə dair bir sıra məsələlər, o cümlədən Auditorlar Palatasının ötən il üzrə fəaliyyətinin yekununa dair hesabat, Auditorlar Palatasının 2021-ci il üzrə maliyyə hesabatlarının hazırlanması və onun auditinin təşkili, keçən ilin nəticələri üzrə auditor təşkilatlarının və sərbəst auditorların reytinq səviyyəsinin müəyyən edilməsi, qanunvericiliyin pozulmasına görə auditor təşkilatlarının və auditorların inzibati məsuliyyətlərinin gücləndirilməsi, qanunvericiliyə və Beynəlxalq Audit Standartlarına uyğun verilməyən auditor rəylərinin məhkəmə qaydasında etibarsız hesab olunmasına dair layihənin hazırlanması və “Auditor xidməti sahəsində haqsız rəqabət və reklam qadağası haqqında” Əsasnamənin layihəsi müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.